00:00:00
Yazar
Nigar Həsənzadə
20.02.2026 23:11 9 1 dəq oxuma
Sosial

Pensiya alanlara xoş xəbər

Pensiya alanlara xoş xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Axar.az"a fonddan məlumat verilib.

 

Qeyd olunub ki, fevralın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə bölgələrdə yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

 

1 yanvar 2026-cı ilədək təyin edilən bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödənilib, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

#xəbər #pensiya #xoş #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər