00:00:00
Yazar
Admin User
18.08.2023 08:36 433 2 dəq oxuma
Sosial

“PEŞƏKAR OLMAYAN KADRLAR DÖVRİYYƏDƏN ÇIXMALIDIR”

“PEŞƏKAR OLMAYAN KADRLAR DÖVRİYYƏDƏN ÇIXMALIDIR”

  Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesi keçirilir. Bir çox insanlar bu suallara cavab axtarır: təhsilverənlərin sertifikatlaşdırılma prosesi nə üçün vacibdir? Ümumiyyətlə, sertifikasiya prosesi nələri vəd edir?

  İnformator.az saytı bu mövzuda təhsil eksperti İlqar Orucovun fikirlərini öyrənib. Təhsil eksperti İlqar Orucovun fikrincə, nəinki təhsilverənlərin, ümumilikdə, bütün peşə sahiblərinin sertifikasiyası vacibdir. Ekspert hesab edir ki, sertifikasiya müasir dövrdə əmək bazarında kadrların peşəkarlılığını ölçmək baxımından önəmlidir. “Zaman-zaman Azərbaycanda müxtəlif sahələrdə serttifikasiya prosesi keçirilib, amma o proseslər bir çox hallarda formal təəssürat bağışlayır. Artıq Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütünlükdə, inkişafı şərtləndirən çox mühüm və vacib amillərdən biri kadrların peşəkarlılığının ölçülməsi və peşəkar kadrlara münasibətdir”. Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, bu yanaşma birmənalı olaraq tətbiq olunur. “Sertifikasiya prosesini dövlət tənzimlədiyindən, dövlət özü də maraq göstərir ki, fərqli sahələrdə çalışan kadrlar bacarıqlı olsunlar, gözləntiləri həyata keçirsinlər, doğrultsunlar”.

  İlqar Orucovun sözlərinə görə, keyfiyyətli təhsil hər birimizin hədəfindədir. Hazırda dünya xeyli dəyişib, elmi, texniki yeniliklər, texnologiyaların inkişafı, bütövlükdə, 400 sənaye reallıqları, süni zəka, nano texnologiyaların inkişafı və.s bizi bir ömürboyu, daim üzərimizdə çalışaraq bacarıqlar əldə etməyə vadar edir. Ekspert hesab edir ki, orta məktəbdə verilən keyfiyyətli təhsil növbəti dəfə alınan biliklərdən asılıdır. Çünki bünövrə təhsili, həqiqətən, yaxşı olmalıdır. “Bu mənada da məktəblərin üzərinə çox böyük məsuliyyət düşür. Bu məsuliyyəti həm də bölüşən müəllimlərdir”. İlqar Orucov zaman-zaman məktəblərdə təhsilin yaxşı olmaması ilə bağlı fikirləri dəstəklədiyini də bildirir. Deyir ki, məktəblərimizin yetərincə keyfiyyətli təhsil vermək imkanı yoxdur. Bunun da səbəbi pedaqoji kadrlarla, müəllimlərə bağlıdır. “Məhz bu baxımdan müəllimlərin sertifikasiyanın keçirilməsi lazımdır. Müəyyənləşdirməliyik ki, savadlı müəllim və yaxud orta-savadlı müəllim. Eyni zamanda, bu baxımdan müəllimlərin əməyinin qiymətləndirilməsini tətbiq etməliyik. Əmək bazarının şərtlərinə müvafiq olaraq peşəkar olmayan kadrlar artıq dövriyyədən çıxmalıdır”. İlqar Orucovun fikrincə, sertifikasiya prosesi şəffaf davam edir, neqativ heç nə yoxdur. Nəticə etibarilə, məktəblərdə təhsilin keyfiyyəti artırılacaq. Ekspert bu prosesin təhsilin bütün sahələrində peşə, orta, ali təhsil sahələrində, universitetlərdə tətbiq olunmasının tərəfdarıdır.

 Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər