00:00:00
Yazar
Aysel Mirzəyeva
01.05.2026 21:49 24 2 dəq oxuma
Sosial

Pilot testlər elektron xidmətlərin keyfiyyətini artıracaqmı?

Pilot testlər elektron xidmətlərin keyfiyyətini artıracaqmı?

“Dövlət orqanlarının tətbiq etdiyi rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları” təsdiq edilib.


Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, tənzimləyici pilot layihələr əslində yeni rəqəmsal xidmətlərin birbaşa hamıya açılmadan əvvəl sınaqdan keçirilməsi deməkdir:


“Yəni dövlət hansısa elektron xidməti tam tətbiq etməzdən əvvəl onu məhdud mühitdə, real istifadəçilərlə test edir və baxır ki, bu xidmət nə dərəcədə effektivdir, işləyirmi, vətəndaş üçün rahatdırmı. Bu yanaşmanın əsas məqsədi səhvləri əvvəlcədən görməkdir. Çünki sistem tam istifadəyə verildikdən sonra problem çıxarsa, həm vətəndaş narazı qalır, həm də düzəliş etmək daha çətin və baha başa gəlir. Pilot mərhələ isə bir növ təhlükəsiz test zonası rolunu oynayır. Ümumiyyətlə isə elektron xidmətlərin test rejimində qiymətləndirilməsi bir neçə üstünlük yaradır. Birincisi, real istifadəçi təcrübəsi öyrənilir - vətəndaş bu xidməti necə istifadə edir, harada çətinlik çəkir. İkincisi, texniki problemlər erkən mərhələdə aşkarlanır, sistem yüklənməyə davam gətirirmi, səhvlər varmı və s. Üçüncüsü, xidmətin ümumiyyətlə lazım olub-olmadığı belə yoxlanır. Yəni bəzən texniki olaraq düzgün işləyən bir xidmət praktikada istifadə olunmur, bu da pilot mərhələdə aydın olur. Dövlət orqanları üçün bu qaydaların tətbiqi yanaşmanı dəyişir. Əvvəllər sistem hazırlanır və birbaşa istifadəyə verilirdi, indi isə daha çevik və mərhələli model tətbiq olunur. Bu, həm riskləri azaldır, həm də qərarların daha məlumatlı şəkildə verilməsinə imkan yaradır. Yəni artıq təxminə əsaslanan yox, test nəticəsinə əsaslanan yanaşma formalaşır. Bu qaydaların dövlət xidmətlərinin keyfiyyətinə təsiri isə birbaşa müsbətdir. Çünki xidmət vətəndaşa çatmamış əvvəlcə yoxlanır, təkmilləşdirilir və daha hazır vəziyyətdə təqdim olunur. Nəticədə istifadəçi daha az problemlə qarşılaşır, xidmət daha stabil və rahat olur”.


Günel Əlili

#pilot #azərbaycan #yeni #testlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər