00:00:00
Yazar
Admin User
30.12.2025 18:25 201 3 dəq oxuma
Sosial

Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb

Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb

Pirotexniki vasitələr satan şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Onlarda müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

 

Mövzu ilə bağlı hüquqşünas Tural Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, pirotexniki məmulatların qanunsuz dövriyyəsi təkcə inzibati məsuliyyətlə yox, eyni zamanda konkret hallarda cinayət məsuliyyəti ilə də nəticələnə bilər:

 

“Pirotexniki məmulatlar, 23.12.2003-cü il tarixli “Mülkidövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülkidövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına daxil edilib.

Bu günədək baş vermiş və aşkar edilmiş faktlardan bəllidir ki, bayram ərəfələrində pirotexniki vasitələrdən istifadə insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmağı ilə nəticələnə bilir. Eləcə də, baş vermiş hadisələrdən bəllidir ki, gənc nəslin nümayəndələrinin həmin vasitələrdən istifadə etməyi, digər şəxslərə müxtəlif xarakterli zərər ilə nəticələnib".

 

Hüquqşünasın sözlərinə görə, belə hallarda təqsirkar şəxslərin məsuliyyəti törədilən əməlin nəticələrindən asılı olaraq müəyyən edilir:

 

“Həmçinin qeyd etmək lazımdır ki, həmin məmulatlardan istifadə etməklə insanların həyatına, sağlamlığına və əmlakına təqsirin qəsdən və ya ehtiyatsızlıq formalarında zərər vurulmağı da danılmaz faktdır. Buna müvafiq olaraq demək olar ki, həmin məmulatlardan istifadə edən şəxslərin əməlləri, törədilmiş əməlin xarakterinə, ictimai təhlükəliliyinə və təqsirin formalarına görə, hüquqi baxımdan qiymətləndirilməlidir.

Cinayət Məcəlləsinin 224-cü maddəsinə əsasən,  partlayıcı, tezalışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma, habelə bu maddələri və məmulatları poçtla və baqajla qanunsuz olaraq göndərmə, həmin əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

 

 

Müsahibimizin sözlərinə görə, qeyd edilən maddənin dispozisiyasında göstərilmiş əməllərin törədilməyinə görə, təqsirkar şəxs(lər) cinayət məsuliyyətinə cəlb olunmalıdırlar:

 

"Tez alışan maddələr və pirotexniki məmulatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmağına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalardandır. 

İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan- beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan-iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan- beş min manatadək məbləğdə cərimə edilir. 

Qeyd edilən maddənin tələblərindən aşkar göründüyü kimi, həmin məmulatların istehsalı və ya satılması inzibati xətanın tərkib əlamətlərini yaradır və inzibati məsuliyyətə səbəb olur”.

 

 

Zəri Bayramlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər