00:00:00
Yazar
Ayan Sadi
26.11.2026 23:41 108 2 dəq oxuma
Dünya

Polşa NATO-dan Rusiya raketlərinin zərərsizləşdirilməsini istəyir

Polşa NATO-dan Rusiya raketlərinin zərərsizləşdirilməsini istəyir

 

 

 

Varşava NATO müttəfiqlərinə Rusiya raket və pilotsuz uçuş aparatlarının alyans ölkələrinin sərhədlərinə yaxınlaşmasını gözləmədən, birbaşa Ukraynanın hava məkanında vurulması imkanını nəzərdən keçirməyi təklif edib.

 

 

Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya raketləri Ukrayna səmasında Polşanın təklif etdiyi kimi vurularsa, bu, Rusiya ilə NATO arasında birbaşa münaqişə ehtimalı yarada bilər. Digər tərəfdən, bu, Rusiyanın Ukrayna ərazisində NATO ölkələri ilə müharibəyə başlaması deməkdir:

 

 

“NATO ilə Rusiya arasında qarşıdurma NATO ölkələrinin özləri üçün də ciddi fəsadlar yarada bilər. Çünki Rusiya bu addımı birmənalı qarşılamayacaq və onu özünə təhdid kimi qiymətləndirəcək. Bu halda Rusiya NATO bazalarının yerləşdiyi ölkələrə və NATO-ya aid məkanlara hərbi müdaxilə edə bilər”.

 

 

Ramiyə Mamedova qeyd edir ki, Polşanın verdiyi bu bəyanatın Ukraynanı qorumaq məqsədi daşımadığını dəqiq qəbul etmək lazımdır. Ukrayna səmasında NATO və Polşa öz sərhədlərinin qorunması ilə məşğuldur. Burada xüsusilə Polşanı nəzərdə tuturam. Eyni zamanda, NATO-ya aid məkanların qorunması da bu bəyanatın əsas məqsədlərindən biridir:

 

 

“Heç bir Qərb ölkəsi bu gün Ukraynada baş verənlərə və Ukrayna torpağında gedən müharibəyə o qədər də maraq göstərmir. Çünki müharibə onların öz ərazisində baş vermir. Onlar sadəcə Rusiyadan qaynaqlanan təhdidlərlə bağlı öz təhlükəsizlikləri baxımından bu məsələləri gündəmə gətirirlər”.

 

 

Politoloq bildirir ki, NATO-nun Ukrayna səmasında Rusiya raketlərini vurması məsələsinə bütün NATO ölkələri beynəlxalq hüquq çərçivəsində eyni şəkildə razılıq verməlidir. Artıq görürük ki, Rumıniya prezidenti, Polşanın nazirlərindən biri və müxalifəti bu məsələyə qarşı çıxıblar. Müharibənin daha geniş əraziyə yayılmaması üçün bu məsələdə hazırda iki fərqli fikir mövcuddur. NATO ölkələrinin heç də hamısı bu təşəbbüsü dəstəkləmir və hələlik ümumi razılıq əldə olunmayıb. Ona görə də bu məsələnin necə nəticələnəcəyi birmənalı olaraq məlum deyil:

 

 

“NATO ölkələri hazırda sərhədlərini qorumaqla məşğuldurlar. Onlar istəyirlər ki, Ukraynada baş verən müharibə onların ərazisinə keçməsin. Ona görə də Ukraynaya böyük dəstək göstərirlər. Müharibə genişlənərsə, vəziyyət daha da mürəkkəbləşə bilər. Ukrayna tərəfi öz ərazisində gedən müharibəyə son qoymaq istəyirsə, müəyyən məsələlərdə Rusiya ilə razılığa gəlməlidir”.

 

 

Ramiyə Mamedovanın sözlərinə görə, Polşanın bəyanatı NATO-nun müharibəyə birbaşa qoşulması məsələsini gündəmə gətirir. Çünki NATO müharibəyə daxil olarsa, Rusiya ilə birbaşa qarşıdurma yarana və bu, daha geniş müharibəyə səbəb ola bilər. Ona görə də Polşa həm öz sərhədlərini qorumağa, həm də müharibənin Ukrayna ərazisində davam etməsinə çalışır ki, bu qarşıdurma Qərb ölkələrinə və NATO üzvlərinə təsir göstərməsin.

 

 

Aynur Əhmədli

#azərbaycan #gündəm #polşa #zərərsizləşdirilməsini
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər