Polşanın Xarici İşlər Naziri Sikorski-dən Rusiyaya Ukrayna etirazı
Polşanın Xarici İşlər Naziri Radoslaw Sikorski qonşusu Ukraynada davam edən müharibəyə diqqət çəkərək, Rusiyaya “Sizə bu qədər torpaq azdır?” sözləri ilə sərt reaksiya verib.
Milli parlamentdə etdiyi çıxışında Nazir Sikorski ölkəsinin sərhədlərindən kənarda "müharibə təhlükələri" ilə üzləşdiyini bildirib və "Qərb birliyinin parçalanacağı" narahatlığını dilə gətirib. Ukraynaya hücumlarını davam etdirən Rusiyanı sərt şəkildə tənqid edərək, “Sizə bu qədər torpaq azdır? 11 zaman qurşağınız da hələ yetmir?” deyə sual verib. Ukraynadakı vəziyyətlə bağlı ölkəsindəki narahatlıqlara toxunaraq deyib: “Narahatlıq Polşada evlərə yerləşib. Biz də Rusiyanın təcavüzü riski altındayıqmı? Avropa ilə ABŞ arasında münasibətlər böhrana doğru gedirmi? Avropa müdafiə qabiliyyətlərini tezliklə inkişaf etdirə bilərmi?” Sikorski əlavə edib: “Biz rus imperializminin düşməniyik. Burada bir daha hökmranlıq edə bilməyəcəksiniz. Nə Kiyevdə, nə Vilnüsdə, nə Rigada, nə Tallində, nə də Kişinevdə. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinə qarşı siyasətimiz budur və bundan başqa bir siyasətimiz olmayacaq". NATO-nun şərq cinahında yerləşən Polşa hökumətinin, Rusiyanın hücumlarına qarşı Ukraynanı dəstəklədiyi məlumdur. Ukrayna coğrafi baxımdan Polşanın cənub-şərqində yerləşir.
Anadolu Agentliyi
Billurə Quliyeva