00:00:00
Yazar
Admin User
26.06.2025 12:11 173 1 dəq oxuma
İdman

Portuqaliya klubu baş məşqçisi ilə yollarını ayıra bilər

Portuqaliya klubu baş məşqçisi ilə yollarını ayıra bilər

Portuqaliya təmsilçisi "Portu" baş məşqçisi Martin Anselmi ilə yollarını ayıra bilər.

 

"İnformator.az" yerli "Record" nəşrinə istinadən xəbər verir ki, azarkeşlər komandanın ABŞ-dəki klublararası dünya çempionatındakı çıxışından narazıdırlar.

 

Uğursuz nəticələr fanatların qəzəbinə səbəb olub. 50 tərəfdar ölkəyə qayıdan heyəti qarşılayıb və iradlarını bildirmək istəyib. Polis rezin güllələrdən istifadə etməyə məcbur qalıb.


Qeyd edək ki, qrup mərhələsində ABŞ-nin "İnter Mayami" kollektivinə 1:2 hesabı ilə uduzan "Portu" Braziliyanın "Palmeyras" (0:0) və Səudiyyə Ərəbistanının "Əl-Əhli" (4:4) komandaları ilə heç-heçə edib. Martin Anselmi yanvarda baş məşqçi postuna təyin olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər