Prezident Ərdoğan Antalyada liderlərlə görüşüb
Prezident Rəcəb Tayyib Ərdoğan “Bölünən dünyada diplomatiyanı mənimsəmək” mövzusu ilə təşkil edilən 4-cü Antalya Diplomatiya Forumunda 14 dövlət və hökumət başçısı və 1 muxtar idarə rəhbəri ilə görüşüb.
Prezident Ərdoğanın himayəsi ilə 11-13 aprel tarixlərində xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə TRT-nin rəsmi ünsiyyət sponsoru olduğu Antalya Diplomatiya Forumu 155 ölkədən 21 dövlət və hökumət başçısı, 64 nazir olmaqla 6 mindən çox insanı qəbul edib.
Prezident Ərdoğan forum çərçivəsində dövlət və hökumət başçıları ilə sıx diplomatik trafik həyata keçirərək, İsrailin Qəzzaya hücumlarına son qoyulması, Suriyadakı inkişaflar, terrorla mübarizə, Ukraynada qalıcı sülhün bərqərar olması kimi mövzularda Türkiyənin mesajlarını və gözləntilərini bölüşüb.
Mənbə: TRT Haber
Kəmalə Vəliyeva