00:00:00
Yazar
Admin User
11.04.2025 17:50 152 1 dəq oxuma
Dünya

"Prezident Ərdoğan bizim haqq işimizin güclü müdafiəçisidir"

"Prezident Ərdoğan bizim haqq işimizin güclü müdafiəçisidir"

Kosovo Prezidenti Vjosa Osmani Prezident Rəcəb Tayyib Ərdoğanın hər zaman ölkəsini dəstəkləyən, hər çətinlikdə və uğurda yanında olan bir lider olduğunu ifadə edərək, "Ərdoğan dostluğun və ortaq baxışın güclü səsidir. O, Kosovonun sübut edilmiş dostu və haqq işimizin güclü müdafiəçisidir",- dedi.

 

Prezident Osmani sosial media hesabında TRT-nin rəsmi ünsiyyət sponsoru olduğu Antalya Diplomatiya Forumu çərçivəsində prezident Ərdoğanla görüşü ilə bağlı paylaşım edib.

 

Prezident Ərdoğanın Kosovanı hər zaman dəstəkləyən, hər çətinlikdə və uğurda yanında olan bir lider olduğunu bildirən Osmani, "Ərdoğan dostluğun və ortaq baxışın güclü səsidir. O, Kosovonun sübut edilmiş dostudur, haqq işimizin güclü müdafiəçisidir və dövlət quruculuğu prosesimizin hər mərhələsində möhkəm dayağıdır",- fikrini bölüşdü.

 

Osmani Türkiyənin sülh, təhlükəsizlik və regional inkişafda mühüm tərəfdaş olduğunu, iki ölkə arasındakı dostluq əlaqələrinin etimad, hörmət və gələcəyə baxış üzərində qurulduğunu vurğulayıb.

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər