Prezident Ərdoğan mədəniyyət və incəsənət sahəsində qalibləri təbrik edəcək
Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada 2025-ci il Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatları mərasimində iştirak edəcək. O, sənətçilərə, jurnalistlərə və elm adamlarına mükafatları təqdim edəcək.
Hər il təqdim olunan bu mükafatlar elm, mədəniyyət, rəssamlıq, musiqi, Anadolu arxeologiyası və fotoqrafiya sahələrində fərqlənən şəxslərə verilir.
Bu ilin qalibləri: Elm və Mədəniyyət – Prof. Dr. Süleyman Seyfi Öğün; Rəssamlıq – Yalçın Gökçebağ; Musiqi – Bəstəkar Yalçın Tura; Anadolu Arxeologiyası – Prof. Dr. Fahri Işık; Fotoqrafiya – AA fotojurnalisti Əli Cədəllah.
Mərasim 18:00-da Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçiriləcək. Prezident Ərdoğanın çıxışı zamanı Türkiyənin mədəniyyət və incəsənət siyasəti ilə bağlı mühüm mesajlar verməsi gözlənilir.
TRT XƏBƏR
Ləman Mahmudlu
