Prokurorluq aktrisa haqqında araşdırma başlatdı
İstanbul Respublika Prokurorluğu seçkilərin nəticələri və sosial şəbəkələrdə zəlzələ bölgəsindəki seçicilərə qarşı təxribat xarakterli paylaşımlar edənlərlə bağlı istintaqa başlayıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur aktrisa Zeynep Beşerler də araşdırılan şəxslər arasında yer alıb.
İstanbul Baş Prokurorluğundan edilən yazılı açıqlamada, "14 may 2023-cü ildə keçirilən Prezident və Parlament Ümumi Seçkiləri ilə bağlı seçki və seçki nəticələri ilə bağlı, həmçinin sosial media hesabları vasitəsilə seçicilərə ünvanlanan zəlzələ bölgəsində ictimai asayişi təhdid edən, reallığa uyğun olmayan və cəmiyyətdə yanlış təsəvvür yaradacaq ictimai asayişi pozmağa yönəlmiş yalan məlumatlar yayan, təxribat xarakterli sosial media hesabları ilə bağlı ex officio araşdırmaya başlanılıb.
Beşerler Twitter hesabından paylaşım edərək, "Bu ölkə üçün bu qədər axmaq çoxdur. Ayıbdır...", - sözlərini yazıb.
