Putin Alyaska görüşündən danışıb
ABŞ lideri Donald Trampla Alyaskada danışıqlar zamanı əldə olunan anlaşmaların Ukrayna nizamlanmasına töhfə verəcəyinə ümid edirəm.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib:
“Biz Çinin, Hindistanın və digər strateji tərəfdaşlarımızın Ukrayna böhranının nizamlanmasının asanlaşdırılmasına yönəlmiş səylərini və təkliflərini yüksək qiymətləndiririk. Bu yaxınlarda Alyaskada keçirilən Rusiya-ABŞ sammitində əldə olunan anlaşmalar, ümid edirəm ki, Ukraynada sülhə yol açır”, - o bildirib.