Putin, münasibətlərini "misilsiz səviyyədə" adlandırıb
Pekində, Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin görüş keçiriliblər.Putin Rusiya-Çin münasibətlərini “misilsiz səviyyədə” qiymətləndirərək, bu əlaqələrin “strateji xarakterini” önə çıxarıb.
Mövzu ilə bağlı siyasi ekspert Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Çini rəqib hesab edir, Çin isə Rusiyadan güclü dəstək alır və Putinin bəyanatı bu vəziyyətə açıq mesajdır:
"ABŞ Çini özünün əsas rəqibi sayır və Çini ilk növbədə iqtisadi cəhətdən zəiflətməkdə güvəndiyi dövlətlərdən biri Rusiyadır. Məlumdur ki, Çin yaxın illərdə Tayvanı özünə birləşdirmək istəyir. Və bu əgər danışıqlar yolu ilə alınmasa, bu addımı hərbi yolla atmaq istəyir. Bu da ABŞ-ni narahat edir. Burda da Rusiyadan Çinə qarşı istifadə etmək istəyir.
Alyaskada keçirilən görüşdə Putinlə Trump arasında çox ciddi razılaşmalar əldə olundu və Trump:
"Yalnız bir-iki məsələdə razılığa gələ bilmədik",- dedi. Ancaq nədə razılığa gəldiklərini söyləmədi. Və təbii ki, bu Çində də çox ciddi narahatlıq doğurdu. Bu səbəbdən Putinin verdiyi bəyanat Avropa və ABŞ ilə yanaşı, ilk növbədə Çinə qarşı yönəlmiş bir bəyanatdır. Və bunu ikili görüşmədə demir, mətbuatın qarşısında bəyan edirki "Münasibətlərimiz misilsiz səviyyədə yaxşıdır və heç kim bu münasibətləri pozmağa nail ola bilməz". Bu Çin üçün mühüm bəyanatdır. Eyni zamanda ABŞ-yə açıq mesajdır. Avropa dövlətlərinin bu görüşə münasibəti əvvəl necə idisə elədə davam edəcək.Çünki, Avropanın Çinlə bağlı elə bir gözləntiləri yoxdur. Baxmayaraq ki, Avropa Çinin əsas ticarət tərəfdaşlarından biridir və onlar arasında ticarət dövriyyəsi 800 mlrd dollardan artıqdır. Çindən dolayı narahatlıq keçirən ABŞ-dir. Ukrayna uzun müddətdir bəyan edir ki, Çin müharibədə Rusiyaya hər cür yardım göstərir. Məlumdur ki, Çin uzun müddət özünün neytrallığını bəyan elədi. Rusiyaya heç bir yardım göstərmədiyini, yalnız ticarət əlaqələrinin olduğunu söylədi. Ancaq son dövrlərdə məlum oldu ki, Rusiyanın hərbi sənayesinin var gücü ilə işləməsi üçün Çin əlindən gələn köməyi göstərir".
Zəri Bayramlı