Putin qanunu imzalayıb
Rusiya Prezidenti Vladimir Putin Rusiya və Hindistan hökumətləri arasında hərbi qulluqçuların, eləcə də hərbi gəmilərin və təyyarələrin qarşılıqlı olaraq bir-birinin ərazisinə göndərilməsi qaydasına dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
"İnformator.az" "TASS"a istinadən xəbər verir ki, saziş təkcə hərbi heyətin və texnikanın göndərilməsini deyil, həm də onların maddi-texniki təminatını tənzimləyir.
