Putin: Əsas vəzifəmiz nüvə enerjimizin inkişafıdır
Putin Rusiyanın nüvə enerjisini inkişaf etdirməyi ən mühüm vəzifə kimi gördüklərini vurğulayıb.
İnformator.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin Kreml sarayında müxtəlif hərbi məktəbləri fərqlənmə diplomu ilə bitirmiş gənc zabitlərlə görüşüb. Zabitləri təbrik edən Putin ordunun gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib: "Ən mühüm vəzifəmiz Rusiyanın təhlükəsizliyinin və qlobal sabitliyin əsas təminatı olan nüvə enerjimizin inkişafıdır".
Müharibələrdə pilotsuz uçan aparatların əhəmiyyətinə toxunan Putin əlavə edib ki, onlar kütləvi istehsal edəcəklər və bu vasitələri bütün hərbi hissələrə paylayacaqlar.
Mikayıl
