Putin ŞƏT sammiti çərçivəsində Modi, Ərdoğan və Pezeşkian ilə görüşəcək
Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Putinin planına digər görüş və söhbətlər də daxil ola bilər.
Rusiya Prezidenti Vladimir Putin-in bu gün üçün ən azı beş ikitərəfli görüşü planlaşdırıldığı Kremlin müşaviri Yuri Uşakov əvvəlcədən açıqlayıb.
Plana Hindistanın Baş naziri Narendra Modi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian ilə görüşlər, həmçinin Kamboca Baş naziri Hun Manet və Nepal Baş naziri Şarma Oli ilə qısa söhbətlər daxildir.
Tass
Arzu İbrahimova