Putinin ilin sonu marafon konfransı
Rusiya Prezidenti Vladimir Putinin illik uzunmüddətli mətbuat konfransı adətən qlobal siyasət mövzuları ilə yerli problemlərin müzakirəsinin qarışığı kimi keçir.
Bu ilki tədbir Avropanın Ukraynaya Moskva ilə müharibəni davam etdirmək üçün 105 milyard dollarlıq faizsiz kredit ayırmasından sonra baş tutub. Putin çıxışında Rusiyanın cəbhə xətti boyunca irəlilədiyini iddia edib və bir sıra yaşayış məntəqələrinə nəzarət etdiklərini bildirib. O, müharibədəki itkilərə görə məsuliyyəti üzərindən ataraq, Rusiyanın bu müharibəni başlamadığını deyib. Bununla yanaşı, münaqişənin danışıqlar yolu ilə bitirilməsinə “hazır olduqlarını” söyləyib. Lakin Putinin qeyd etdiyi “kök səbəblər” anlayışı Ukraynanın Donbasdan geri çəkilməsi, NATO-nun genişlənməsinin dayandırılması və Ukraynada siyasi dəyişiklik tələblərini əhatə edir.
Cnn News
Ədilə Hüseynzadə
