00:00:00
Yazar
Admin User
13.06.2023 05:46 363 1 dəq oxuma
Dünya

Qana Afrikada qızıl istehsalında yenidən birinci oldu

Qana Afrikada qızıl istehsalında yenidən birinci oldu

Qərbi Afrika ölkəsi Qanada ötən il qızıl hasilatında 32 faiz artım onu yenidən qitənin ən böyük qızıl istehsalçısına çevirib.

 

İnformator.az Bloomberg-ə istinadən xəbər verir ki, Qana Mədən Palatasının sədri Joshua Mortoti verdiyi açıqlamada 2022-ci ildə qızıl istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib. 

 

Bu artımın daha çox böyük şirkətlər tərəfindən təmin edildiyini ifadə edən Mortoti ötən il qızıl istehsalındakı 32 faiz artım sayəsində Qananın yenidən Afrikanın ən böyük qızıl istehsalçısı olduğunu ifadə edib.

 

Tarixdə “Qızıl Körfəz” adlandırılan Qana Cənubi Afrika Respublikası ilə birlikdə qitənin ən böyük qızıl istehsalçıları sırasındadır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər