Qanada qarayara epidemiyasına qadağa edildi
Qananın Yuxarı Şərq əyalətində aşkar edilən qarayara epidemiyası ilə əlaqədar ölkənin şimal bölgəsində bir ay müddətində heyvan mənşəli məhsulların daşınması, kəsilməsi, satışı və istehlakı qadağan edilib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Qanada 1 nəfərin qarayaradan vəfatından sonra tədbirlər görüldüyü bildirilib. Rəsmi açıqlamada ölkənin şimalında heyvan mənşəli məhsulların daşınması, kəsilməsi, satışı və istehlakı bir ay müddətinə qadağan edilib.
Bölgədə qarayara epidemiyası səbəbindən indiyədək 9 baş iribuynuzlu mal-qara, 24 baş qoyun-keçi tələf olub.
Qeyd edək ki, ölümcül xəstəlik olan qarayara xəstəliyinə otyeyən heyvanlarda, xüsusilə qoyun, keçi və iribuynuzlu heyvanlarda rast gəlinir.
