00:00:00
Yazar
Elmira Ağayeva
02.07.2026 16:39 33 2 dəq oxuma
Sosial

"Qanpulu" nədir? Hüquqi öhdəlik, yoxsa qeyri-rəsmi razılaşma

"Qanpulu" nədir? Hüquqi öhdəlik, yoxsa qeyri-rəsmi razılaşma


Yol-nəqliyyat hadisələri, istehsalat qəzaları və digər bədbəxt hadisələr nəticəsində zərərçəkənə və ya həyatını itirən şəxsin ailəsinə ödənilən məbləğ el arasında "qanpulu" adlanır. Lakin bu ifadə hüquqi termin deyil və onun ətrafında cəmiyyətdə müxtəlif fikirlər formalaşıb. Vətəndaşların əksəriyyəti bu ödənişi sadəcə cinayət məsuliyyətindən yayınma mexanizmi və ya el adəti kimi qəbul edir. Lakin bu növ qeyri-rəsmi razılaşmalar gələcəkdə tərəflər üçün ciddi hüquqi boşluqlar və fəsadlar yarada bilər.



Mövzu ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə “İnformator.az”a açıqlamasında bildirib ki, “qanpulu” məhkəmədə yalnız yüngülləşdirici hal kimi nəzərə alına bilər:

 

"Qanunvericilikdə ümumiyyətlə “qanpulu” anlayışından söhbət gedə bilməz. Biz bu məsələyə ümumi əsaslarla yalnız dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, yaxud da ailə başçısının itirilməsinə görə kompensasiya kimi yanaşmalıyıq. Hüquqi baxımdan “qanpulu” deyə bir anlayış mövcud deyil. Əgər hadisə nəticəsində az ağır xəsarət yetirilibsə, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışıbsa və dəymiş zərər tamamilə ödənilibsə, müəyyən hallarda şəxs cinayət məsuliyyətindən tam azad edilə bilər. Lakin hadisə ölümlə nəticələnibsə, hətta zərərçəkmiş şəxslə barışıq əldə olunsa belə, ittihamı dövlət həyata keçirir və prosesin sonunda şəxsə cəza verilir. Belə olan halda, zərərçəkmiş tərəflə barışılması və ya dəymiş zərərin ödənilməsi yəni qeyri-rəsmi şəkildə adlandırılan “qanpulu” məhkəmədə yalnız yüngülləşdirici hal kimi nəzərə alına bilər".

 

Samirə Allahverdizadə

#Qanpulu #zərərçəkmiş #hüquq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər