00:00:00
Yazar
Admin User
15.12.2025 18:47 101 1 dəq oxuma
Dünya

Qara dənizdə nəzarətdən çıxan PUA vurulub

Qara dənizdə nəzarətdən çıxan PUA vurulub

Qara dəniz üzərində nəzarətdən çıxdığı aşkarlanan pilotsuz uçuş aparatı (PUA) Türkiyə Silahlı Qüvvələri zərərsizləşdirib. Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Türkiyə hava məkanına yaxınlaşan naməlum hava izi əvvəlcə adi prosedurlar çərçivəsində izlənilib. Təhlükəsizliyin təmin olunması məqsədilə NATO milli nəzarətində olan F-16 qırıcılarına həyəcan siqnalı verilib. Aparılan yoxlamalar nəticəsində hava obyektinin nəzarətdən çıxmış PUA olduğu müəyyən edilib.

 

Potensial risklərin qarşısını almaq üçün pilotsuz uçuş aparatı yaşayış məntəqələrindən kənarda, təhlükəsiz ərazidə vurulub. Hadisə nəticəsində hər hansı itki və ya zərər qeydə alınmayıb.

 

TRT Haber

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər