00:00:00
Yazar
Admin User
10.09.2025 16:43 131 2 dəq oxuma
Siyasət

Qazaxıstanın daxili işlər nazirinin müavini Azərbaycana səfər edib

Qazaxıstanın daxili işlər nazirinin müavini Azərbaycana səfər edib

 

Qazaxıstan daxili işlər nazirinin müavini və Milli Qvardiyanın Baş Komandanı, general-mayor Ansaqan Baltabekovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

 

Bildirilib ki, Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov nümayəndə heyəti ilə görüşüb.

 

Mövzu ilə bağlı politoloq Vüqar Əhmədov "İnformator.az"a açıqlamasında bildirib ki,hər iki ölkənin siyasi liderləri və rəhbərliyi arasında qurulan uğurlu əlaqələr dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə töhfə verir:

 

"Qazaxıstanla Azərbaycan dövlətləri və daxili işlər orqanları arasında uğurla əməkdaşlığın əsası hələ bir neçə il öncəyə, bu ölkənin Daxili İşlər Nazirinin Azərbaycana səfəri zamanı qoyulmuşdur.

İndiki səfəri də çox məhsuldar saymaq olar; iki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə çox məhsuldar bir proqram təşkil olunub.

 

Hesab edirəm ki, bu gün həm Azərbaycan, həm də Qazaxıstanda ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və ölkədə sabitliyin qorunması istiqamətində aparılan mühüm işlər böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə Türk dövlətlərinin və regionun vacib dövlətləridir.

Biz Qazaxıstanda sabitliyin pozulması cəhdlərinin şahidi olduq və məhz Qazaxıstanda daxili sabitliyin qorunması, Daxili İşlər orqanlarının bu sabitliyin qorunub saxlanmasındakı rolunu qeyd etməliyik. Eyni zamanda, beynəlxalq axtarışda olan cinayətkarların saxlanması və qarşı tərəfə təhvil verilməsi istiqamətində də iki ölkə arasında uğurlu əməkdaşlıq mövcuddur.

Həm Azərbaycan, həm də Qazaxıstan regionun vacib dövlətidir və bu ölkələrdə daxili sabitliyin qorunub saxlanması, mütəşəkkil cinayətkarlıqla mübarizə və qanunçuluğun qorunub saxlanması istiqamətində əməkdaşlığın davam etdirilməsi çox önəmlidir.

Hər iki ölkənin siyasi liderləri və rəhbərliyi arasında qurulan uğurlu əlaqələr dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə töhfə verir. Hər iki ölkənin daxili qoşunları sabitliyin və terrorçuluqla mübarizə istiqamətində mühüm strukturlar sayıla bilər.

İki ölkənin DİN-ləri arasında davamlı əməkdaşlıq regional təhlükəsizliyin təmin olunması və xarici təhdidlərlə mübarizədə öz töhfəsini verir".

 

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər