00:00:00
Yazar
Admin User
26.05.2025 15:19 216 1 dəq oxuma
Sosial

Qəbələyə çəkilən yeni yoldan - Neçə km qısalacaq?

Qəbələyə çəkilən yeni yoldan - Neçə km qısalacaq?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 26-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub.

 

“İnformator.az"ın məlumatına görə, layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilib. 


İkinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uzunluğu 85,6 kilometrdir. Yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər