00:00:00
Yazar
Admin User
19.05.2025 20:50 288 1 dəq oxuma
İdman

“Qızıl top” mükafatının təqdimetmə mərasimi keçirələcək

“Qızıl top” mükafatının təqdimetmə mərasimi keçirələcək

"France Football" nəşrinin versiyasına görə ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının təqdimetmə mərasimi sentyabrın 22-də Parisdəki "Teatr dü Şatle"də baş tutacaq.

 

“İnformator.az”  xəbər verir ki, bu barədə mükafatın "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat aylaşılıb.

 

Məlumata görə, namizədlərin siyahısı avqustun 6-da açıqlanacaq.

 

Ötən il "Qızıl top"un qalibi ispaniyalı yarımmüdafiəçi Rodri olub. O, 2023/24 mövsümündə Avropa çempionu olub və turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Rodri, həmçinin "Mançester Siti" ilə İngiltərə çempionu olub.

 

Xatırladaq ki, "Qızıl top" mükafatı 1956-cı ildən etibarən təqdim olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər