Qlobal istiləşmə: Çıxış yolları nələrdir?
Son zamanlar dünyada cərəyan edən iqlim prosesləri qlobal istiləşmənin getdikcə yaxınlaşdığının siqnallarını verir. Bəşəriyyəti narahat edən bu məsələnin qarşısını almaq üçün hazırda alimlər yeni layihə hazırlayıblar. Təklifə əsasən, iqlim dəyişikliyini günəş şüalarının qarşısını almaqla azaltmaq mümkündür. Maraqlısı isə odur ki, bu layihəni Avropa ittifaqı da dəstəkləyir. Proses necə cərəyan edəcək və bu baş tutarsa fəsadları və alternativləri nə ola bilər?
İqlim dəyişikliyinin qarşısını almaq üçün günəş işığını azaltmaq təklif edilir. Avropa İttifaqı layihəni dəstəkləsə də günəş şüalarının yayındırılması və ya Yerdəki hava şəraitinin dəyişdirilməsi kimi geniş miqyaslı müdaxilələrin iqlim dəyişikliyi ilə mübarizədə əlverişli çıxış yolu olub-olmadığını dəyərləndirməyib. Rəylərə əsasən Yerə daha az günəş işığı düşməsini təmin etmək üçün atmosferin dəyişdirilməsinə ehtiyac var. Bu zaman atmosferdə hissəciklərin konsentrasiyasının artırılmasını nəzərdə tutan stratosferik aerozol inyeksiyasından istifadə oluna bilər.
EkoloqÇingiz İsmayilov deyib ki, bunu açıq etiraf etməliyik ki, biz hələki planetar miqyasda iqlimi idarə etmək gücünə malik deyilik: “Hər hansı cəhdlərdə olsa yaxşı olar. Günəşüalarının qarşısını almaq, yaxud müxtəlif texniki vasitələrlə günəş şüalarının bucağını dəyişmək, onu əks istiqamətdə yönəltmək kimi cəhdlər edilə bilər. Ancaq məsələnin planetar miqyasda nəticəsi haqqında danışmaq hələki tezdir”.
Mütəxəssislərin fikrincə, bu tədqiqat iqlim dəyişikliyinin qarşısını ala bilməyəcək, əksinə, müəyyən mənada yer kürəsində fəsadlara səbəb olacaq. Ən pis ssenaridə bu cür kütləvi müdaxilələr yağıntının miqdarını dəyişəcək, bu da, gözlənilməz yan təsirlərə gətirib çıxara bilər.
Ekoloq Rövşən Abbasov deyib ki, bu cür layihələr temperaturun balansını dəyişə bilər: “Əvvəlcədən proqnozlaşdırılmamış hallara gətirib çıxarda bilər. Yəni ki biz günəşin qarşısını hansısa bir ariozolla kəsməyə çalışsaq, bu, hələdə yer kürəsinin iqlim istiləşməsininqarşısını almaq yox, hətta bir çox ərazilərdə iqlimin tamamilə soyuqlaşmasına və buzlaşmaya səbəb ola bilər”.
Ekspertlərin sözlərinə görə, iqlim dəyişikliyinin qarşısını almaq üçün daha asan yollar da mövcuddur. Alternativ enerji mənbələrini artırmaqla, eləcə də atmosferə atılan istixana qazlarını azaltmaqlaiqlim dəyişikliklərinin qarşısını almaq mümkündür.
