Qərb hörmət etsə, müharibə olmayacaq
Rusiyanın Prezidenti Vladimir Putin bildirib ki, əgər Rusiyaya hörmətlə yanaşılsa, Ukraynadan sonra daha müharibə olmayacaq və Moskvanın Avropa ölkələrinə hücum planlaşdırdığına dair iddialar “cəfəngiyyatdır”.
Təxminən dörd saat yarım davam edən televiziya yayımında BBC-nin jurnalisti Stiv Rozenberqin ona yeni “xüsusi hərbi əməliyyatlar”ın olub-olmayacağı ilə bağlı sualına cavab verən Putin belə deyib. Qeyd edək ki, Putin bu ifadəni tammiqyaslı müharibə üçün istifadə edir.
“O əməliyyatlar olmayacaq, əgər siz bizə hörmət etsəniz, maraqlarımıza hörmətlə yanaşsanız, necə ki, biz həmişə sizin maraqlarınıza hörmət etməyə çalışmışıq",– deyə o vurğulayıb.
Putinin bu açıqlamaları onun son vaxtlar səsləndirdiyi fikirlərlə üst-üstə düşür. O, Rusiyanın müharibə planlaşdırmadığını, lakin Avropa istədiyi təqdirdə “elə indi” buna hazır olduğunu da bildirib.
Mənbə: BBC news
Ayisə Şərifova
