Qrenlandiyanı ABŞ-yə qatma istəyi
Trampın yeni nümayəndəsi Qrenlandiyanı ABŞ-yə qatmaq istədiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp mart ayında çəkilmiş arxiv fotosunda Luiziana ştatının qubernatoru Jeff Landry ilə birlikdə görünüb.
Donald Tramp Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etdikdən sonra Danimarka ilə yenidən gərginliyə səbəb olub. Tramp daha əvvəl Arktikada yerləşən bu adanı ABŞ-yə birləşdirmək istədiyini deyib.
Tramp bazar günü elan edib ki, Luiziana ştatının respublikaçı qubernatoru Jeff Landry ABŞ-nin Qrenlandiya üzrə xüsusi nümayəndəsi olacaq. Qrenlandiya Danimarka Krallığının yarımmuxtar ərazisidir.
Qubernator Landry X platformasında paylaşım edərək, Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirmək üçün “könüllü vəzifədə” xidmət etməyin onun üçün şərəf olduğunu bildirib.
Qrenlandiyanın baş naziri isə adanın “öz gələcəyini özünün müəyyən etməli olduğunu” və “ərazi bütövlüyünə hörmət edilməli olduğunu” vurğulayıb.
Bu addım Kopenhagenin narazılığına səbəb olub və Danimarka hökuməti ABŞ səfirini “izahat vermək üçün” çağıracağını bildirib.
Mənbə: BBC news
Ayisə Şərifova
