00:00:00
Yazar
Admin User
19.06.2023 14:40 301 1 dəq oxuma
Dünya

Qətər və BƏƏ uzun fasilədən sonra səfirliklərini yenidən açdı

Qətər və BƏƏ uzun fasilədən sonra səfirliklərini yenidən açdı

Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 6 ildən sonra qarşılıqlı olaraq səfirliklərini yenidən açdıqlarını açıqlayıblar.

 

İnformator.az BBC-yə istinadən xəbər verir ki, neftlə zəngin iki körfəz ölkəsi arasında diplomatik əlaqələr dörd illik gərginlikdən sonra 2021-ci ilin yanvarında bərpa edilib.

 

BƏƏ-nin rəsmi açıqlamasına görə, nümayəndəliklərin yenidən açılması qərarı 2021-ci ilin əvvəlində Səudiyyə Ərəbistanında baş tutan Körfəz Əməkdaşlıq Şurasının Zirvə Toplantısı zamanı əldə edilən razılaşmaya əsaslanır. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər