00:00:00
Yazar
Admin User
03.07.2023 06:34 298 1 dəq oxuma
Dünya

Qurani-Kərim yandırıldı...Papa Fransiskin reaksiyası gecikmədi

Qurani-Kərim yandırıldı...Papa Fransiskin reaksiyası gecikmədi

İsveçdə Quranın yandırılmasına katoliklərin ruhani lideri Papa Fransiskdən reaksiya gəlib.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl 3 dəfə Quranı yandırmağa cəhd edən Rasmus Paludandan sonra İslam düşmənləri Qurban bayramının ilk günündə yenidən hərəkətə keçib. Bu hadisə isə ölkədəki İslam aləmini qıcıqlandırmağı bacaran bir skandala çevirilməyi bacarıb. 

 

“Əl-İttihad” qəzetinə danışan Papa Fransisk Qurani-Kərimin yandırılmasının qəbuledilməz olduğunu bildirib. Fransisk “Quranın yandırılmasına icazə verilməməli və bu qınanmalıdır” deyib. 

 

Xatırladaq ki, fevral ayında İsveçdə İraq əsilli Salvan Momika Stokholmdakı İraq səfirliyi qarşısında, Afrika əsilli Kris Makoundout isə Türkiyənin Stokholm səfirliyi qarşısında Quranı yandırmaq istəyib. Polis isə təhlükəsizlik baxımından bu təxribatlara imkan verməyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər