00:00:00
Yazar
Admin User
24.05.2025 20:35 262 1 dəq oxuma
İdman

Qurban Qurbanov "Barselona"nın düşərgəsində olub

Qurban Qurbanov "Barselona"nın düşərgəsində olub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyanın "Barselona" klubunun düşərgəsində olub.

 

“İnformator.az” xəbər verir ki, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa təmsilçisinin həm əsas və B komandaları, həm də aşağı yaş komandalarının - U-19, U-15 və U-10-un məşqlərini izləyib.

 

Q.Qurbanov "Barselona"nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti və klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb. 

 

Flik komandamızın baş məşqçisinə növbəti çempionatın gedişində yenidən "Barselona"nın düşərgəsinə gəlməyi tövsiyə edib. Qurbanov yenidən İspaniya klubunun bazasına dəvət olunub. Mütəxəssisin növbəti mövsümdə "Barselona"nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər