Qəzza hökuməti: İsrail 26 min yardım maşınının girişinə mane olub
Qəzza hökuməti atəşkəs razılaşmasından sonrakı 73 gün ərzində İsrailin Qəzza zolağına çatdırılması planlaşdırılan təxminən 26 min yardım yük maşınının qarşısını aldığını açıqlayıb. Bildirilib ki, razılaşmaya əsasən gündə 600 yardım maşını bölgəyə daxil olmalı olduğu halda, orta hesabla cəmi 244 maşının keçidinə icazə verilib. Nəticədə nəzərdə tutulan yardımın yalnız 41 faizi Qəzzaya çatdırılıb.
Açıqlamada İsrailin atəşkəsi 875 dəfə pozduğu, hücumlar nəticəsində 411 fələstinlinin həlak olduğu, 1112 nəfərin yaralandığı qeyd edilib. Qəzza zolağında ərzaq, dərman və digər əsas ehtiyacların çatışmazlığının dərinləşdiyi vurğulanıb.
TRT Haber
Aişə Mustafayeva
