00:00:00
Yazar
Admin User
22.12.2025 13:55 82 1 dəq oxuma
Dünya

Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinə niyə keçilə bilmir?

Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinə niyə keçilə bilmir?

İsrail və HƏMAS oktyabr ayında ABŞ-nin vasitəçiliyi ilə Qəzzada atəşkəsin birinci mərhələsi üzrə razılaşıblar.

 

 Bu razılaşma bölgədəki toqquşmalara son verə biləcək bir yol kimi ümidləri artırıb. Ancaq iki ay keçməsinə baxmayaraq, Qəzza hələ də atəşkəsin birinci mərhələsində ilişib qalıb. Hələ də tərəflər arasında bölünmüş bölgə əhalisi dağıntılar arasında bir yerdən başqa yerə köç edərək yaşayır. ABŞ Prezidenti Donald Trampın təklif etdiyi atəşkəs planının ikinci mərhələsində həm İsrail, həm də HƏMAS çətin seçimlərlə üz-üzədir. Bu mərhələdə HƏMAS-ın silahlarını təhvil verməsi, İsrailin isə Qəzzadakı hərbi qüvvələrini daha da geri çəkməsi və təhlükəsizlik məsuliyyətlərini beynəlxalq sabitlik qüvvəsinə təhvil verməsi tələb olunur. Qəzzanı idarə edəcək keçid hökumətinin qurulması da başqa bir çətin məsələdir.

 

 BBC NEWS

 Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər