Qəzzadan olan balaca qız göz yaşı tökdü
İsrailin təxminən 50 gündür humanitar yardımın girməsinə icazə vermədiyi Qəzza zolağında kiçik bir qız "Ən çox nəyə ehtiyacınız var?", - deyə soruşan yardım işçisinə "Mənə yemək lazımdır" , - deyə cavab verdi.
“Spotlight Humanity” beynəlxalq yardım təşkilatının sosial şəbəkədə paylaşdığı video ürək ağrıdıcı olub. Videoda Qəzzadan olan kiçik qıza "Ən çox nəyə ehtiyacınız var?" sualı verilib. "Mənə yemək lazımdır" , - deyə qız cavab verib.
Yardım işçisi qıza bir paket yemək verib. Kiçik qızın sürətlə uzaqlaşaraq evə gedib.
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatı (UNRWA) “X” hesabında verdiyi açıqlamada, İsrailin təxminən 50 gündür humanitar yardımların girməsinə icazə vermədiyi Qəzzada yayılan aclığın uşaqlar üzərindəki təsirinin "dramatik" olduğunu bildirib.
UNRWA Qəzzada aclığın genişləndiyi və dərinləşdiyi barədə xəbərdarlıq edib:
"Aclığın uşaqlara təsiri, xüsusilə dramatikdir, çünki onlar susuzlaşdırma, ishal və xəstəliklərə daha həssasdırlar.
Mart ayında Qəzzada 3700 uşağın kəskin qida çatışmazlığından müalicə edildiyinə dair məlumatı paylaşan UNRWA Qəzzaya qarşı blokadaya son qoyulması və humanitar yardım axınının təmin edilməsinin vacibdir”.
Mənbə: CNN Türk
Əminə Əliyeva