Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib
Prezident İlham Əliyev Azərbaycan Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilməsi haqqında fərman imzalayıb. İnformator.az-ın xəbərinə görə, fərmana əsasən, Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.
