00:00:00
Yazar
Admin User
18.12.2025 17:35 91 1 dəq oxuma
Dünya

“Razılaşmaya gecikmədən əməl etməlidirlər, səbrimiz tükənir”

“Razılaşmaya gecikmədən əməl etməlidirlər, səbrimiz tükənir”

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bildirib ki, Ankara Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı yenidən hərbi əməliyyat keçirmək istəmir, lakin "səbrlərinin tükəndiyini" vurğulayıb. 

 

Fidan qeyd edib ki, 10 mart tarixində Suriya hökuməti ilə SDQ arasında əldə edilən razılaşmanın icrasında gecikmə var və SDQ bu razılaşmaya gecikmədən əməl etməlidir. “Biz işlərin dialoq, danışıqlar və sülh yolu ilə həll olunmasını istəyirik”, – deyə Fidan bildirib. Fidan əlavə edib ki, Türkiyə yenidən hərbi üsullara əl atmağa məcbur qalacaq bir vəziyyətin yaranmasını istəmir. Lakin o həm də xəbərdarlıq edib: “SDQ əlaqədar tərəflərin səbrinin tükəndiyini anlamalıdır. Onlar 10 Mart razılaşması üzrə öhdəliklərini yerinə yetirmək mərhələsinə çatmalıdırlar. Hər kəs bu razılaşmanın gecikmədən və təhrif olunmadan həyata keçirilməsini gözləyir, çünki biz bu razılaşmadan sapma görmək istəmirik”.

 

 BBC NEWS

 Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər