Ərdoğan Putin və Zelenskini ortaq komissiya yaratmağa çağırdı
Rəcəb Tayyip Ərdoğan Ukraynada vurulan bəndlə bağlı Putin və Zelenski ilə görüşüb, onlarıortaq komissiya yaratmağa çağırıb.
İnformator.az Ensonhaber-ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Zelenski və Rusiya prezidenti Vladimir Putinlə ötən gecə qəzaya uğrayan Nova Kaxovka bəndinin son vəziyyəti ilə bağlı görüşüb.
Ərdoğan bəyan edib ki, təfərrüatlı araşdırma üçün müharibə edən tərəflər, BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin ekspertlərinin iştirakı ilə komissiya yaradıla bilər. O, həmçinin bildirib ki, danışıqlar metoduna əməl oluna bilər və ədalətli sülhün bərqərar olması üçün səylər davam etdiriləcək.
