00:00:00
Yazar
Admin User
31.08.2025 12:39 92 1 dəq oxuma
Dünya

Ərdoğan Şahbaz Şəriflə görüşüb

Ərdoğan Şahbaz Şəriflə görüşüb

Pakistanla Şimali Kipr Türk Respublikası arasında əlaqələrin inkişafından məmnunuq.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin Tiencin şəhərində Pakistan Baş naziri Şahbaz Şəriflə keçiridyi görüş zamanı bildirib.

 

Ərdoğan bu məsələdə Pakistanın nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirdiyini qeyd edib. Ərdoğan Suriyanın suverenliyi və ərazi bütövlüyünün Türkiyə üçün prioritet olduğunu da bildirərək ölkədə sabitliyin pozulmasına yönəlmiş hər cür addıma qarşı olduqlarını diqqətə çatdırıb. Liderlər ticarət, enerjgetika, müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı inkişaf etdirməyə çalışdıqlarını bildiriblər. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 

Qeyd edək ki, Ərdoğan və Şərif Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin sammitində iştirak etmək üçün Çində səfərdədirlər.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər