00:00:00
Yazar
Admin User
14.04.2025 06:38 103 1 dəq oxuma
Dünya

Ərdoğan-Tramp görüşü Türkiyədə, yoxsa ABŞ-də olacaq?

Ərdoğan-Tramp görüşü Türkiyədə, yoxsa ABŞ-də olacaq?

Antalya Diplomatiya Forumunda çıxış edən xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın Türkiyəyə mümkün səfəri ilə bağlı açıqlamalar verib. 

 

Fidan:
"Hazırda dəqiq bir vəziyyət yoxdur. Danışıqlar davam edir. Görüşün Türkiyədə, yoxsa ABŞ-da olacağı ilə bağlı işlər davam edir" , - deyib. “Hürriyet” qəzetinin yazarı Əbdülkadir Selvi bugünkü köşəsində iki liderin görüşü ilə bağlı gözləntilərlə bağlı yazı yazıb.

Prezident Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında baş tutması gözlənilən sammit üçün iki fərqli ssenari nəzərdən keçirilir. Birinci ehtimala görə, Trampın mayın ortalarında Səudiyyə Ərəbistanına səfəri, daha sonra Qətər və Birləşmiş Ərəb Əmirliklərinə hərəkət etməsi və son dayanacağını Türkiyədə etməsi gözlənilir.

 

 

Mənbə:CNN Türk
Əminə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər