Ərdoğanın İsveçə mesajı: Quranı yandırmaq kimi azadlıq ola bilməz
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bir çox məsələ ilə bağlı açıqlama verib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bir neçə məsələ ilə bağlı açıqlama verib. Ərdoğan "İsveçdə Qurani-Kərimə qarşı hücumlar heç bir humanitar əsasla uzlaşa bilməz. Bu nifrət cinayətinin polis nəzarəti altında törədilməsi çox ağırdır" kimi fikirlər səsləndirib.
Ərdoğan çıxışında 6 fevral zəlzələsonrası bərpa işləri barədə də bəzi açıqlamalar səsləndirib. On bir bölgənin hər birində bərpa işlərinin getdiyini ifadə edən Ərdoğan "Əsas gündəm məsələmiz zəlzələ bölgəsidir" deyə vurğulayıb.
O, eyni zamanda Rusiya-Ukrayna krizinə də fikir bildirərək hər iki tərəflə dialoq qura bilən yeganə ölkənin Türkiyə olduğunu deyib. Fransada son günlər davam edən iğtişaşlar haqqında da fikir səsləndirən Ərdoğan bu hadisələrin kökündə müstəmləkəçilik siyasətinin dayandığını bildirib.
