00:00:00
Yazar
Zəhra Həsənova
29.04.2026 20:30 29 2 dəq oxuma
Sosial

Reklam qaydalarının pozulması media üçün hansı hüquqi nəticələrə səbəb olur?

Reklam qaydalarının pozulması media üçün hansı hüquqi nəticələrə səbəb olur?

Reklam qaydalarının pozulması media qurumları üçün ciddi hüquqi nəticələr doğura bilər. Ekspertlərin fikrincə, qüvvədə olan qanunvericiliyə əsasən, reklamın düzgün yerləşdirilməməsi, gizli reklamın yayılması və ya istehlakçıların aldadılması halları aşkar edildikdə, media subyektləri inzibati məsuliyyətə cəlb oluna, cərimələr tətbiq edilə və hətta fəaliyyətlərinin müvəqqəti dayandırılması ilə üzləşə bilərlər. Bundan əlavə, təkrar pozuntular media qurumunun nüfuzuna mənfi təsir göstərməklə yanaşı, lisenziya ilə bağlı problemlərə də səbəb ola bilər.

 

Mövzu ilə bağlı media eksperti Yadigar Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda media və reklam fəaliyyəti Media haqqında Qanun və digər normativ aktlarla tənzimlənir. Bu qanunvericilik reklamın təqdim olunması ilə bağlı xüsusi tələblər müəyyən edir:

 

“Bəzən onlayn media və xəbər portallarında reklam xarakterli materiallar yayımlanır, lakin onlar reklam kimi işarələnmir. Halbuki belə materiallar mütləq şəkildə ‘reklam’ kimi qeyd olunmalı, çap mediasında xüsusi işarə ilə, radio və televiziya yayımında isə açıq formada təqdim edilməlidir. Əgər material reklam xarakterlidirsə, bu mütləq bildirilməli və onun ödəniş əsasında yayımlandığı qeyd olunmalıdır”.


Yadigar Məmmədlinin sözlərinə görə, bu qaydaların pozulması hüquqi məsuliyyət yaradır: 

 

“Bu kimi hallar aşkarlanarsa, həm media qurumları, həm də yayım subyektləri müvafiq qaydada cəzalandırılır. Qanunvericilikdə müxtəlif sanksiyalar nəzərdə tutulub - ilkin mərhələdə daha yüngül cəzalar tətbiq olunsa da, təkrar pozuntular zamanı daha ciddi cərimələr tətbiq edilir. Reklam fəaliyyəti həm də tərəflər arasında bağlanan müqavilələr əsasında həyata keçirilməlidir. Media və reklam münasibətləri müqavilə əsasında qurulmalı və qanunun tələblərinə tam riayət olunmalıdır”.


Fatimə Hüseynli

#olur? #yeni #hansı #gündəm #səbəb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər