00:00:00
Yazar
Admin User
30.05.2025 17:55 159 1 dəq oxuma
Sosial

Reklamda şəffaflıq dövrü

Reklamda şəffaflıq dövrü

Son vaxtlar sosial şəbəkələrdə reklamların sayı artdıqca, bu sahədə qaydalara ehtiyac da bir o qədər hiss olunurdu. Artıq yeni dəyişikliklər qüvvəyə minib. İnfluenser və bloqqerlər reklam etdikləri məzmunlarda “reklam”, “sponsorluq” və ya “tərəfdaşlıq” kimi qeydlər etməli, yalnız özlərinin istifadə etdiyi məhsulları tanıtmalıdırlar. Bundan əlavə, VÖEN və hüquqi məlumatların da qeyd olunması məcburidir.

 

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, burada iki əsas məsələ mövcuddur:

 

“Birincisi, dürüst və doğru reklamın verilməsi vacibdir. Bu, istehlakçını yönləndirmək məqsədi daşıyır. Yalan reklam isə ən azı inzibati xəta sayılır və bu halda cərimə tətbiq oluna bilər. İkinci əsas məsələ vergi ilə bağlıdır. Reklam fəaliyyəti vergi öhdəliyi doğurduğuna görə, reklamı yayanlar mütləq vergi ilə əhatə olunmalıdır. 

 

Bu, həm istehlakçı hüquqlarının pozulmasının, həm də vergi yayındırılmasının qarşısını alır. İnfluenserlər ödəniş müqabilində reklam etdiklərinə görə, bu sahədə şəffaflıq vacibdir. Reklam vasitəsilə istehlakçı aldanma riski ilə üzləşə bilər. Hər bir halda bu, məsuliyyət tələb edir və təsirsiz ötüşməyəcək. İnfluenserlərin gəlirlərinə müəyyən təsir göstərəcək, reklam və vergi xərcləri artacaq, nəticədə gəlirlər azala bilər”.

 

 

Əminə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər