Roma Papası xəstəxanaya yerləşdirilib
Katoliklərin ruhani lideri Papa Fransisk qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, 86 yaşlı Papa Fransisk qarnındakı yırtıqdan əməliyyat olunmaq üçün İtaliyanın Roma şəhərindəki Gemelli xəstəxanasına aparılıb.
Qeyd edək ki, Papanın əməliyyatdan sonra bir neçə gün xəstəxanada qalacağı gözlənilir.
