Rubio xəbərdarlıq edir!
CNN — ABŞ-nin Dövlət katibi Marko Rubio cümə günü bildirib ki, əgər Ukraynadakı müharibəni bitirmək mümkün deyilsə, Birləşmiş Ştatlar bu səylərdən imtina edib yoluna davam etməlidir.
“Əgər Ukrayna müharibəsini bitirmək mümkün deyilsə, biz yolumuza davam etməliyik",— deyə o, Parisdən yola düşməzdən əvvəl jurnalistlərə bildirib.
“Biz çox qısa müddətdə, yəni bir neçə gün ərzində bunun mümkün olub-olmadığını müəyyənləşdirməliyik". Bu açıqlama, o və xüsusi elçi Stiv Witkoff-un ABŞ Prezidenti Donald Trampın administrasiyasının Rusiyanın Ukraynadakı müharibəsinə son qoymağa çalışdığı bir vaxtda Avropa və Ukraynalı müttəfiqlərlə görüşməsindən bir gün sonraya təsadüf edir. Dövlət Departamentinin məlumatına görə, ABŞ-nin hazırladığı sülh planının ilkin konturları görüşlərdə “ümidverici qarşılanıb”, lakin bu konturlar barədə ətraflı məlumat verilməyib. Məlumatda qeyd olunur ki, Rubio həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da danışıb və həmin konturları ona da təqdim edib. Rubio cümə günü bildirib ki, o və Witkoff Parisə gəlməklə “müharibəyə son qoymaq üçün lazım olan daha konkret konturlar haqqında danışmağa başlamaq” və bu müharibənin sonlandırılmasının mümkün olub-olmadığını müəyyənləşdirmək istəyiblər. “Prezident (Tramp) bu müharibəyə son qoymaq üçün hökumətin ən yüksək səviyyəsində 87 gün ərzində dəfələrlə təşəbbüslər göstərib. Artıq biz qərar verməliyik və müəyyən etməliyik ki, bu, ümumiyyətlə mümkündürmü, ya yox. Məhz buna görə də biz hər iki tərəflə təmasdayıq".
Mənbə: CNN News
Fatimə Heydərova