Rumıniyanın ən böyük neft emalı zavodunda yanğın baş verdi
Rumıniyanın ən böyük xam neft emalı zavodu olan Petromidiyada yanğın baş verib.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, Rumıniyanın Ətraf Mühit Nazirliyindən verilən açıqlamada yanğının partlayışdan sonra başladığı bildirilib. Fövqəladə Hallar Nazirliyi yanğının nəzarət altına alındığını və havada heç bir təhlükəli maddənin aşkar edilmədiyini əlavə edib.
Qeyd edək ki, dövlət rəsmiləri yanğının söndürüldüyünü və səbəblərinin araşdırıldığını bildirib.
Şəbnəm
