00:00:00
Yazar
Admin User
16.12.2025 09:18 128 1 dəq oxuma
Dünya

Rus ordusu Kupyanskı yenə “alıb”

Rus ordusu Kupyanskı yenə “alıb”

Kupyansk şəhərinin bütün rayonları Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır.

 

“İnformator.az” xəbər verir ki, bunu “Qərb” qoşun qruplaşmasının mətbuat mərkəzinin rəisi Leonid Şarov deyib.

 

“Mən “Qərb” qoşun qruplaşmasının 6-cı ümumqoşun ordusunun 68-ci motoatıcı diviziyasının 121-ci motoatıcı alayının ön komandanlıq məntəqəsindəyəm. “Qərb” qoşun qruplaşmasının bölmələri xüsusi hərbi əməliyyat zonasında döyüş tapşırıqlarını yerinə yetirməyə davam edir. Kupyansk şəhəri 6-cı ümumqoşun ordusunun nəzarəti altındadır”, - Şarov bildirib.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 2-də çıxışı zamanı Kupyanskın Rusiya qoşunlarının tam nəzarəti altında olduğunu demişdi. Lakin dekabrın 12-də Ukrayna Prezidenti Vladimir Zelenski Kupyansk şəhərinə gedərək hərbçilərlə görüş keçirib. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər