00:00:00
Yazar
Admin User
20.12.2025 08:06 89 1 dəq oxuma
Dünya

Rusiya 10 ölkə ilə hərbi müqavilələri ləğv edib

Rusiya 10 ölkə ilə hərbi müqavilələri ləğv edib

Rusiya Müdafiə Nazirliyi 1992-2002-ci illər arasında Avropanın bir neçə ölkəsi ilə imzaladığı 10 hərbi əməkdaşlıq müqaviləsini və müvafiq memorandumu ləğv etmək üçün hökumətdən təsdiq alıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Rusiyanın rəsmi hüquqi informasiya portalında məlumat dərc edilib.

 

Rusiya Müdafiə Nazirliyinin ləğv etdiyi müqavilələrin siyahısına Almaniya, Polşa, Rumıniya, Danimarka, Norveç, Niderland, Xorvatiya, Belçika və Çexiya ilə bağlanmış "hərbi əməkdaşlıq" müqavilələri, eləcə də Rusiya Federasiyası ilə Britaniya müdafiə nazirlikləri arasında imzalanmış memorandum daxildir.

 

Rusiya bundan əvvəl Almaniya ilə hərbi-texniki əməkdaşlığı dayandırıb. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər