00:00:00
Yazar
Admin User
26.05.2023 19:30 299 1 dəq oxuma
Dünya

Rusiya Dneprdəki xəstəxanaya raket zərbəsi endirdi: 2 ölü, 30 yaralı

Rusiya Dneprdəki xəstəxanaya raket zərbəsi endirdi: 2 ölü, 30 yaralı

Ukraynanın Dnepr şəhərində yerləşən xəstəxanaya Rusiya tərəfindən raket hücumu həyata keçirilib. h

 

İnformator.az qərb mediasına istinadən xəbər verir ki, hücum nəticəsində 2 nəfərin həlak olduğu, 30 nəfərin isə yaralandığı bildirilib. Dnepr vilayətinin Dövlət Administrasiyasının rəhbəri Sergiy Lisak sosial media hesabından verdiyi yazılı açıqlamada dağıntılar altında olduğu bilinən 3 nəfərdən hələ xəbər alınmadığını qeyd edib.

 

Prezidenti Vladimir Zelenski sosial media hesabından verdiyi açıqlamada raket hücumunun Dnepr üzərinə edildiyini bildirib. O, Rusiya ordusunu Ukraynada dinc sakinlərə qarşı “terror aktları” təşkil etməkdə ittiham edib. Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini deyən Zelenskiyi qeyd edib ki, Ukrayna müharibədə qələbə qazanmalıdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər