Rusiya İdlibdə tərəvəz bazarını vurdu: ölü və yaralılar var
Rusiyaya məxsus döyüş təyyarələrinin İdlibdə bir tərəvəz bazarına hücumu nəticəsində ilk məlumatlara görə 9 mülkii şəxs həlak olub, 30 mülki şəxs isə yaralanıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, müxalifət təyyarələri rəsədxanasından alınan məlumata görə, yerli vaxtla saat 10:03-də Latakiyadakı Himeymim Hava Bazasından havaya qalxan 3 Rusiya döyüş təyyarəsi İdlibin Cisir əş-Şuğur rayonunda tərəvəz bazarı, şəhər mərkəzi və Beynin kəndinə hava zərbələri endirib.
Suriya Mülki Müdafiə idarəsindən alınan məlumata görə, Cisir əş-Şuqurda tərəvəz sahəsinə təşkil edilən hücumda 9 mülki vətəndaş həyatını itirib, 30 nəfər isə yaralanıb. Yaralıların müalicə olunmaq üçün xəstəxanalara aparıldığı üçün ölənlərin sayının artacağı ehtimal edilir.
Xatırladaq ki, Türkiyə, Rusiya və İran 2017-ci ildə Astana görüşündə Suriya administrasiyasının nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmaq qərarına gəlib. 2017-2020-ci illərdə hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiyə sərhədinə yaxın ərazilərə köç etmək məcburiyyətində qalıb.
