Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
Yerli vaxtla saat 21:10 radələrində Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə ballistik raketlə hücum edib.
"İnformator.az" xəbər verir ki, 5 ballistik raketin hamısı Ukrayna Hava Hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Raketlərin qalıqları Dnepr çayının sol sahilində boş əraziyə düşüb.