Rusiya qazından imtina haqqında qanun təsdiqlənib
Avropa Parlamentinin deputatları Avropa Birliyi Şurası ilə razılaşdırılmış Rusiya qazının alışının tədricən dayandırılması haqqında sazişi təsdiqləyiblər.
"İnformator.az"xəbər verir ki, bu barədə Strasburqda həmməruzəçilər İnes Vaydere və Villa Niinistyo məlumat veriblər.
Qeyd olunub ki, plenar iclasda 500 nəfər razılaşmanın qəbul edilməsinin tərəfdarı olub, 120 deputat sənədin əleyhinə səs verib, 36 nəfər isə bitərəf qalıb.
